Diplomatik nümayəndələrin sosial müdafiəsi gücləndirilir
30 Dekabr 2022 12:14 SiyasətDiplomatik nümayəndələrin sosial müdafiəsi gücləndiriləcək. "Olaylar" xəbər verir ki, dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Diplomatik xidmət haqqında" qanunda nəzərdə tutulub. Dəyişiklik haqqında məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, təklif olunan dəyişikliklər diplomatik xidmətdə çalışan vətəndaşların sosial vəziyyətini xeyli yaxşılaşdıracaq. "Burada yeni müavinətlər təsis olunur. Çalışdıqları ölkənin sosial iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq fərqləndirici əmsallar veriləcək. Sosial sığorta haqlarından da bu yeni müavinətlər, əmsallar azad olunacaq", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31