"Qərbi azərbaycanlılar məsələsi tez-tez gündəmə gətirilməlidir"- ÖZƏL

"Qərbi Azərbaycandan köçkün düşən soydaşlarımızın hüquqlarının müdafiə olunması və onların geri qayıdışı ilə bağlı məsələ artıq rəsmi səviyyədə ortaya qoyulub. Bir neçə gün öncə Prezident İlham Əliyev Qərbi Azərbaycan İcması ilə görüş keçirdi. İcmanın bundan sonraki fəaliyyəti haqqında hədəflər, istiqamətlər göstərildi. 1988-ci ildə Qərbi Azərbaycanda yaşayan soydaşlarımız son deportasiya dövrünü yaşadı. Qovulan soydaşlarımızın əmlak və torpaq sahələrinin o zamanlar qeydiyyatı aparılırdı".

Bu sözləri Olaylar.az-a politoloq Oqtay Qasımov deyib.

"Məsələ tez-tez gündəmə gətirilməlidir. Qərbi azərbaycanlıların yurlarına qayıtması və onlara dəyən zərərin ödənillməsi məsələsi beynəlxalq hüquqla qəbul edilən qaydada öz həllini tapmalıdır. Qərbi Azərbaycan İcmasının üzərinə çox ciddi işlər düşür. Bununla bağlı beynəlxalq hüquq üzrə mütəxəssisləşən şəxlərin işə cəlb olunması vacibdir. İşlər sistematik şəkildə həyata keçirilməlidir ki, məqsədə çatmaq mümkün olsun. Bizim soydaşlarımız bundan sonra öz ata-baba yurdlarına qayıda bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31