“Fransız deputatın Azərbaycana qarşı təxribatını pisləyirəm - Deputat

"Bir qrup fransız deputatın Azərbaycana qarşı təxribatını pisləyirəm". "Olaylar"  xəbər verir ki, bu fikirləri parlamentin plenar iclasında çıxışı zamanı millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili eyni zamanda təkliflə çıxış edib: "Təklif edirəm ki, fransız deputatların bu təxribatına qarşı analoji addım atılsın. Parlamentdə təmsil olunan siyasi partiyalar bu istiqamətdə fəaliyyət göstərə bilərlər. Bu məsələyə qarşı diplomatik metodlardan da istifadə edilməsini mümkün hesab edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31