Parlamentdə “Tik-Tok” həyəcanı
30 Dekabr 2022 11:59 SiyasətAzyaşlıların "Tik-Tok" sosial şəbəkəsinə girməyi qanunvericiliklə qadağan olunmalıdır. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşiroğlu bildirib. Onun çıxışında deyib ki, "Tik-Tok" gələcək nəslin məhvinə yönəlməkdədir. "Buna görə də təklif edirəm ki, qanunvericilik formasında azyaşlıların "Tik-Tok"a çıxışı qadağan olunsun. Bununla əlaqədar vətəndaş cəmiyyəti, valideyn-məktəb işbirliyi olmalıdır. Aparılan tədqiqatlarla həmin sosial şəbəkəyə girənlərin 60%-i 16-24 yaş arasında olan şəxslərdir. Xüsusilə azyaşlılar daha çox istifadə edirlər. Bu rəqəmlər günü-gündən daha da sürətlənir. Bu məsələyə gələcəkdə parlament çərçivəsində diqqət yetirilməlidir",- deyə deputat təkliflə çıxış edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31