"Vardanyanla bağlı cinayət işi açıla bilər"- ÖZƏL

"Ruben  Vardanyan qanunsuz olaraq Azərbaycan ərazisindədir. Azərbaycan ictimaiyyətinin çoxsaylı müraciətləri Rusiyanı bu addımı atmağa vadar etdi. Güya, Vardanyan öz xahişi ilə Rusiya vətəndaşlığından çıxıb. Əslində Putin bu qərarla Ruben Vardanyanla bağlı olan məsələdən öz məsuliyyətindən yaxasını geri çəkdi. Ancaq, bütün hallarda Ruben  Vardanyan Kremlinin görünməyən əlinin xəttidir. Rusiyanın icazəsi, "xeyir-duası" olmadan o, Azərbaycan ərazisində qanunsuz fəaliyyətlə məşğul ola bilməzdir".

Bu sözləri Olaylar-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.

Vladimir Putinin hansı qərarı imzalamasından asılı olmayaraq, Vardanyan Rusiya vətəndaşıdır. Rusiya vətəndaşı kimi burada fəaliyyət göstərir. Əgər  elə deyilsə, Putin Vardanyanın Rusiya ərazisindəki var-dövlətinə sanksiya tətbiq edə bilər. Çünki, Vardanyan mövcud fəalliyyəti ilə Azərbaycanla Rusiya arasında müttəfiqlik, qarşılıqlı fəaliyyət haqqında bəyənnamənin 1 və 11-ci  maddələrinə zidd fəaliyyət göstərir. İki ölkə arasında münasibətlərin korlanmasına görə Vardanyanla bağlı cinayət işi açıla bilər. Putin Azərbaycana qarşı "xoşməramlı" olduğunu göstərmək istəyir. Bununla da Rusiya Ruben  Vardanyan kartının Kremlinə aid olduğunu bir daha təsdiqləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31