Ölkədə məlumat azadlığı, plüralizimin inkişaf etdirilməsi hər zaman dövlət başçımız İlham Əliyevin diqqətindədir

İSTİQAMƏT-Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

XXX

Pərviz Mirizadə: "Azərbaycanda azad söz,  müstəqil mətbuat mövcuddur  və heç bir qüvvə bunun qarşısını almaq iqtidarında deyil"

Fikir və söz azadlığı insanlar üçün hər zaman  ən aktual məsələlərdən biri olub. Söz, fikir və ifadə azadlığı insan  hüquq və azadlıqlarının ayrılmaz hissəsidir və bunların təminatı hər bir ölkədə demokratiyanın hansı dərəcədə uğurla işləməsinin əsasını təşkil edir. 

Ana Vətən Partiyasının sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, insan hüquq və azadlıqlarının,  azad medianın müdafiəsi,  həmin cəmiyyətdə demokratik mexanizimlərinin mövcudluğunun əsəs şərtlərindən biri kimi qəbul edilir: "Azərbaycan dövləti bu kimi məsələlərə hər daim xüsusi həsaslıqla yanaşmışdır. Ölkədə fikir və söz azadlığı konstitusiya ilə təsbit olunur.  Yəni hər kəsin söz azadlığı vardır və heç kəs fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.  Ölkəmiz məhz bu istiqamətlə  hərəkət edərək söz azadlığının təmin olunmasına, xüsusilə cəmiyyət arasında ictimai fikri formalaşdıran siyasi sistemin mühüm komponentlərindən olan kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti üçün bütün zəruri tədbirləri görür. Bu gün çox rahatlıqla deyə bilərik ki, Azərbaycanda söz və ifadə azadlığı dünyanın bir çox qabaqcıl ölkələrindən daha üstün səviyyədədir". AVP rəsmisi bildirib ki, ölkədə kütləvi informasiya vasitələri, televiziyalar, qəzetlər, jurnallar və  sosial şəbəkələr üzərində heç bir senzura tətbiq edilmir və yaxud onların fəaliyyətini məhdudlaşdıracaq  maneələr yaradılmır: "İnsanlar istədikləri informasiyanı olduğu kimi anında əldə etmək imkanına sahibdir və yaxud öz düşüncələrini heç bir əlavə təsir olmadan ifadə etmək imkanına malikdir.  Bütün bunlar məhz  ölkə rəhbərliyinin  söz, fikir və ifadə azadlığına həssaslıqla yanaşmasının göstərcisidir.  Müqayisə üçün cox uzağa getmək lazım deyil. Cənub qonşumuz İran İslam Respubilkası illərdir ki, bir çox sosial platformaların fəaliyyətinə qadağa qoyub, rejimin siyasətinə qarşı müxalif mövqe nümayiş etdirən bütün televiziyaların, qəzetlərin, jurnalların və s,  fəaliyyətinə xitam verib. Bütün bu sadaladıqlarım faktlarla ölkəmizdə olan vəziyyəti müqayisə etdikdə Azərbaycanda söz azadlığının hansı səviyyədə olması göz önündədir". 

Pərviz Mirizadə onu da qeyd edib ki, Azərbaycanda fikir və söz azadlığının təmin olunmasıda  birmənalı olaraq Ümummilli lider Heydər Əliyevin tarixi rolu danılmaz faktdır: "Onun respublika rəhbərliyinə  ikinci dəfə qayıdışından sonra bu istiqamətdə köklü dəyişikliklər oldu. Məhz Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması , azad fikir, müstəqil siyasi fəaliyyət göstərmək üçün hər bir lazimi şərait yaradıldı.  Hüquqi və dünyəvi dövlət quruculuğunu , demokratik, ümumbəşəri dəyərlərin üstünlüyünü  Ulu Öndər,  dövlətin inkişaf modeli kimi qəbul etdi . Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi ilə bağlı 1998- ci ildə imzalanmış fərman da Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Bunun nəticəsidir ki, Azərbaycan Respublikası söz və mətbuat azadlığı, insan  hüquqlarının təmin edilməsi ilə bağlı möcvud olan əksər beynəlxalq sazişlərə və konvensiyalara qoşulmuşdur".

Natiq onu da diqqətə çatdırıb ki, ölkədə məlumat azadlığı, plüralizimin inkişaf etdirilməsi hər zaman dövlət başçımız İlham Əliyevin diqqətindədir: "Ümummilli lider  Heydər Əliyevlə başlayan söz və mətbuat azadlığının bərqərar olması prosesi,  bu gün onun layiqli davamçısı  cənab prezident İlham Əliyevin qayğısı ilə uğurla inkişaf etdirilir. Ölkə başçısı mütəmadi olaraq media nümayəndələrini müxtəlif mükafatlar  və dövlətin ali adları ilə təltif edir.  Milli Mətbuatımızın 138 illiyində jurnalistlərə dövlət hesabına mənzillərin  verilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər  haqqında növbəti sərəncamın imzalanması bu istiqamətin davamlılığından irəli gələn xüsusdur.  Bütün bu reallıqlar bir daha sübut edir ki, Azərbaycanda azad söz,  müstəqil mətbuat mövcuddur  və heç bir qüvvə bunun qarşısını almaq iqtidarında deyil. Lakin ölkəmizin güclənməsi, dinamik inkişafı, müstəqil siyasət həyata keçirməsi bəzi dövlətlər və siyasi dairələrdə xüsusi qısqanclıqla qarşılanır. 

Süleyman İsmayılbəyli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31