"Türkiyəyə gedən naxçıvanlılar üçün iş imkanları yaradılmalıdır"- ÖZƏL

"Naxçıvanda islahatlar indi başlayır. Ən müsbət cəhət odur ki, ilk dəfə Gömrük komitəsi bu addımı atdı. Məncə, digər nazirliklər və komitələr də ləğv olunmalıdır. Çünki, Naxçıvanda yaradılan dövlət struktularında Azərbaycan Republikasının adı keçmir. Naxçıvan dövlət deyil ki, bütün qurumların adında "dövlət" sözü olsun. Konstitusiyanın birinci maddəsində göstərilir ki, Azərbaycan unitar dövlətdir. Unitar dövlətin daxilində başqa bir dövlətin olması Konstitusiyanın pozulması deməkdir. Naxçıvanda icra hakimiyyəti ilə qanunverici hakimiyyət bir-birindən ayrılmalıdır. Naxçıvana prezidentin  səlahiyyətli nümayəndəsi təyin oluna bilər. İcra strukturları da ona tabe ola bilər. Qanunverici orqan kimi Naxçıvanın ali məclisi qalmalıdır. Naxçıvanda heç bir nazirliyə ehtiyac yoxdur. Regional baş idarə olmalıdır. Hərbi, güc strukturları birbaşa Bakıya tabe olmalıdır".

Bu sözləri Olaylar.az-a politoloq Cümşüd Nuriyev deyib.

"İndiyə qədər Naxçıvanda şaquli idarəetmə sistemi kobudcasına pozulub. Vasif Talıbovun özünü prezident statusunda görməsi ona verilən səlahiyyətlərin qanunsuzluğundan irəli gəlirdi. Naxçıvan 27 ildir özünü dövlət statusunda  görürdü. Türkiyəyə gedən naxçıvanlılar üçün iş imkanları yaradılmalıdır ki, əhali geri qayıtsın. Naxçıvanın yerli əhalisi buna layiq deyil. Türkiyədə, Rusiyada kifayət qədər naxçıvanlı var ki, onlar çox əziyyət çəkir. Bu da islahatdır. Necə ki, Qarabağın işğaldan azad olunmuş torpaqlarına qayıdış üçün cənab prezident İlham Əliyevin  "qayıdış" proqramı var, naxçıvanlılar üçün də olmalıdır. Yerli əhali geri qayıtmalıdır. Cəza sistemi olmalıdır. Bu qədər adam işdən çıxır, ancaq, cəzasız qalır. Heydər Əliyev deyirdi ki, "Ən böyük ədalətsizlik cəzasızlıq mühitinin yaradılmasıdır". Bu söz hüquq-mühafizə orqanlarının işlərində yol xəritəsi olmalıdır. Cəzasızlığa görə korrupsiya artıb. DTX-nın bu işlərə qarışması həyəcan siqnalıdır. Bu barədə düşünsələr, yaxşı olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31