"Naxçıvana Bakıdan nəzarət daha operativ olacaq"- ÖZƏL
22 Dekabr 2022 15:28 Siyasət"Vasif Talıbov istefası ilə birlikdə cəmiyyətdə uzun zamandan bəri olan gözləntilərə son verdi. Bununla birlikdə Naxçıvanda Vasif Talıbov erası sona çatdı. Düşünürəm ki, bundan sonra Naxçıvanda struktur islahatları davam edəcək. Paralel idarəçilik faktorları ortadan qaldırılacaq. Naxçıvanda həddən artıq yüklənmiş bürokratik aparat yüngülləşdirilib, çevik idarəetmə formasına keçiriləcək. Naxçıvana Bakıdan nəzarət daha operativ və çevik olacaq. Naxçıvanda bundan sonra aparılacaq islahatlar effektiv olacaq".
Bu sözləri Olaylar.az-a politoloq Oqtay Qasımov deyib.
"Yeni rəhbər Naxçıvan Ali Məclisinin sessiyasında təyin ediləcək. Təbii ki, Azərbaycan Respublikasının rəhbərliyinin də bu məsələdə mövqeyi əsas tutulacaq. Naxçıvanda konstitusiya dəyişikliklərinə gedənə qədər prezident idarəçiliyi tətbiq olunacaq. Necə ki, işğaldan azad olunan ərazilərə prezidentin səlahiyyətli nümayəndələri təyin edilib. Eyni hal Naxçıxanda da ola bilər. Bu da yeni idarəçilik strukturunun və çevik idarəetmənin başlanğıcı ola bilər".