Xankəndi-Laçın yolundan mülki şəxslərin keçidi üçün heç bir maneə yoxdur - ÖZƏL

"Aksiya başlayan ilk gündən rəsmən bəyan edilib ki, Xankəndi-Laçın yolundan mülki şəxslərin keçidi üçün heç bir maneə yoxdur. Hətta ötən 10 gün ərzində ermənilərə məsus bir neçə təcili-tibbi yardım avtomobili, sülhməramlılara məxsus təminat maşınları maneəsiz olaraq yolda hərəkət ediblər". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, Azərbaycan tərəfi Xankəndi-Laçın yolu ilə ərazilərimizə gələcək milliyətcə erməni olan vətəndaşlarımıza da hər cür şərait yarada biləcəyini, onlar üçün ən yüksək səviyyədə tibb xidməti göstəriləcəyini bəyan edib: "Belə olan halda hansı blokadadan və ya yol bağlanmasından söhbət gedə bilər. Bizim problemimiz yalnız Qarabağda ekoloji terror törədənlərlə, kriminal Ruben Vardanyan və onun başının dəstəsi, qeyri-qanuni erməni hərbi birləşmələriylədir. Əslində bu kimi problemləri sülhməramlılar həll etməli olduğu halda, lakin təəssüflər olsun ki, onlar da öz missiyalarını yerinə yetirmək əvəzinə ermənilərin, daha dəqiq desək separatçıların maraqlarına xidmət edirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31