Dövlət Proqramının təsdiqi Böyük Qayıdışı daha da tezləşdirəcək - ÖZƏL

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramının təsdiq edilməsi Böyük Qayıdışı daha da tezləşdirəcək.

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Akşin Əliyev səsləndirib. Hakim partiya rəsmisi deyib ki, proqramın əsas özəlliklərindən biri məhz fəaliyyətlər üzrə ünvanlılıq və sistemliliyin qorunmasıdır:

"Belə ki, proqramda hər bir fəaliyyət üzrə müddət, məsul qurumlar və reallaşacaq əsas istiqamətlər nəzərə alınıb. İnfrastruktur, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf və ətraf mühitin tarazlığı kimi hədəflərin reallaşması üçün proqram 2022-2025-ci illər üzrə fəaliyyətləri və 2026-cı ildə yekun nəticələri özündə ehtiva edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31