“Sığınacaqlarla bağlı problem çoxdur” – Komitə sədri
20 Dekabr 2022 13:37 Siyasət"Rayonlarda sığınacaqlarla bağlı problemlər var". "Olaylar" xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin bu gün keçirilən iclasında bildirib: "Məlumat üçün qeyd edək ki, sığınacaqların yaradılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aiddir. Amma bildirək ki, sığınacaqlarla bağlı problemlər çoxdur. Hətta burada yataq çatışmazlığı var. Məsələ ilə bağlı komitə və dövlət qurumları birgə çalışaraq, problemin həll olunması üçün işlər görür".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31