Ağıllarını başlarına toplamasalar bu gedişlə erməni dövlətçiliyi tarix olacaq - ÖZƏL

Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryan deyib ki, Ermənistan öz üzərinə Qarabağın təhlükəsizliyini təmin etmə öhdəliyi götürüb. 44 günlük müharibədə ordusu darmadağın olmuş Ermənistan yenə qonşu ölkənin daxili işlərinə burnunu soxmaqdan əl çəkmək istəmir.

"OLAYLAR" xəbər verir ki, bu fikirləri siyasi şərhçi Telman Nüsrətoğlu səsləndirib. O daha sonra bunları qeyd edi:

"Bunlara bu vəzifəni kim verib? Elədirsə bizim ordumuz da 90-cı ildə öz dədə-baba yurdlarından zorla çıxarılmış soydaşlarımızı çox rahatlıqla Qərbi Zəngəzur və Göyçədəki yurdlarına qaytararaq təhlükəsizliklərini təmin etmək iqtidarındadır. Ağıllarını başlarına toplamasalar bu gedişlə erməni dövlətçiliyi tarix olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31