KTMT-nin baş katibi ermənilərin ümidlərini boşa çıxardı
20 Dekabr 2022 12:28 SiyasətKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Laçın dəhlizi ilə bağlı məsələnin həllinin qurumun məsuliyyət dairəsindən kənarda olduğu qənaətinə gəlib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə KTMT-nin baş katibi Stanislav Zas bildirib.
"Bu məsələ ilə bağlı Ermənistandan da heç bir müraciət olmayıb. Biz belə qənaətdəyik ki, bu məsələ KTMT-nin məsuliyyət dairəsindən kənardadır", - deyə Zas qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31