Siyasi partiyalar üçün kvota aradan qaldırılıb - ÖZƏL

"Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu dövlətlə siyasi partiyalar arasında əməkdaşlığın güclənməsinə, siyasi dialoq mədəniyyətinin yüksəlməsinə mühüm töhfə verəcək. Bunu "Olaylar"a hüquqşünas Alim Hüseynli deyib. Bildirib ki, sənəddə bir sıra dəyişikliklər edilib ki, bunu da cəmiyyətdən gələn sosial sifarişi kimi qəbul etmək olar: "Sənədin yenilənməsi zamanı layihədə çox ciddi dəyişikliklər edilib. Seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar sənəddən çıxarılıb. Eyni zamanda, Azərbaycanda ilk dəfə dövlət hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq və beləliklə, siyasi rəqabəti gücləndirmək, təbliğat və təşviqat prosesini genişləndirmək, hər vətəndaş səsi uğrunda mübarizə aparmaq, seçiciləri ayrılıqda deyil, nizami və strukturlaşmış partiyalara cəlb etmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model qanunvericiliyə daxil edilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31