Fransa kimi dövlətlər demokratik dəyərləri pozur - Komitə sədri

"Heç kimin ixtiyarı yoxdur ki, ümumi bəşəri dəyərləri özününküləşdirsin". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən iclasında deyib. Komitə sədri bildirib ki, Fransa kimi dövlətlər demokratik dəyərləri pozur: "Fransa özünü Avropa ölkəsi kimi aparsa da, bu gün separatçılara dəstək verir. Beynəlxalq təşkilatlarda da bu məsələni qaldıracağıq. Artıq Azərbaycan fərqli dövlətdir, ikili standartları görürük. Bu gün Fransa kimi dövlətlər bilməlidir ki, Azərbaycan öz sözünü deyəcək. Fransanın bütün hərəkətləri qınanmalıdır".

Komitə sədri əlavə edib ki, Fransa bu gün Korsikada insanlığa qarşı siyasət yürüdür: "Həmin ölkədə insanların öz dillərində danışmağına icazə verilmir. Fransa orada insanları öldürür. Bu, Avropanın demokratik dövləti olan Fransa üçün utancvericidir və bu məsələyə susmaq olmaz. Bu barədə beynəlxalq təşkilatlarda məsələ qaldırmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31