Azərbaycanlı fəalların Şuşa-Laçın yolunda keçirdiyi aksiya sülh aksiyasıdır - ÖZƏL

"Bu gün də Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlərini ört-basdır etmək üçün Ermənistan Şuşa-Laçın yolunda keçirilən etiraz aksiyası ilə bağlı əsassız iddialar səsləndirir".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Gündüz Alıkişiyev səsləndirib. O bildirb ki, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin məqsədi sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almaqdır:

"Laçın yolu isə azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Yaxşı olar ki, Ermənistan dezinformasiyalar yaymaq əvəzinə məsuliyyətli olsun və 10 noyabr 2020-ci il tarixdə imzalanmış Üçtərəfli Bəyanatın bütün müddəalarına ciddi qaydada əməl etsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31