Azərbaycan diplomatik fəaliyyəti artırmalıdır - ÖZƏL

Litvanın ardınca Estoniya da Laçın yolunda keçirilən dinc aksiyalara görə Azərbaycanın əleyhinə bəyanat verib. Maraqlı məqam ondan ibarətdir ki, sözügüdən ölkələr heç də erməni lobbisinin əsaslı şəkildə kök saldığı ölkələr sırasında deyil. "Olaylar" xəbər verir ki, belə halların qarşısını almaqdan ötrü Azərbaycan tərəfi diplomatik fəaliyyəti gücləndirməlidir. Təkcə erməni lobbisinin fəal olduğu ölkələrdə deyil, eləcə də bütün dünya ölkələrində diplomaik fəallıq artırılmalıdır: "Düzdür, Azərbaycanın ətraf mühitin qorunması üzrə ictimai fəalları, vətəndaş cəmiyyəti və QHT nümayəndələri haqlı olaraq Şuşa-Laçın yolunda ekoloji tələblərlə etiraz aksiyası keçirirlər. Göründüyü kimi, hələ də Rusiya sülhməramlılarının komandanı onlarla görüşməyib və problemin həlli istiqamətində addım atmayıb. Belə halda Azərbaycan təkcə etiraz aksiyası ilə kifayətlənməməli, paralel olaraq diplomatik iş aparmalıdır. Qarabağda baş verən hadisələr, bölgədəki real vəziyyət, Ermənistanın ərazilərimizdəki qeyri-qanuni fəaliyyəti, Rusiya sülhməramlıların hadisələrə yanaşma tərzi və ən nəhayət Azərbaycanın istəyi barədə beynəlxalq alım məlumatlandırılmalıdır. Bundan ötrü Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusları, Diaspora Məsələləri üzrə Dövlət Komitəsi və Milli Məclisin parlamentlərarası işçi qruplarının fəaliyyəti koordinasiya olunmalıdır".  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31