Laçında ermənilərin məhv etdikləri mülklərlə bağlı faktlar AİHM-ə təqdim edildi
20 Dekabr 2022 10:37 SiyasətAzərbaycan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) yeni dövlətlərarası şikayət təqdim edib.
Olaylar.az xəbər verir ki, bu barədə APA-ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib.
"Avropa Məhkəməsinə göndərilmiş yeni dövlətlərarası şikayətdə 2022-ci il may-avqust aylarında Laçın, Zabux və Susda azərbaycanlıların yüzlərlə mülklərinin məhv edilməsinə görə, Ermənistanın məsuliyyət daşımasına dair faktları təqdim etdik", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31