Aksiyanın gedişatı bir daha onu göstərir ki... - ÖZƏL

"Bir erməni ailəsi uşağı ilə birlikdə Rusiya sulhməramlıları və Azərbaycanlı fəallarının iştirakı ilə Xankəndi-Laçın yolundan rahat şəkildə istifadə edir və ictimai fəallar bunun üçün onlara lazım olan şəraiti yaradır. Aksiyanın gedişatı bir daha onu göstərir ki, azərbaycanlı etirazçılar mülki erməni əhalisinə yoldan istifadə etməsi üçün zəruri şəraiti yaradır".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov səsləndirib. Onun sözlərinə görə, ikinci önəmli məsələ 44 günlük müharibədən sonra bu sülhməramlıların hər iki tərəfin icması ilə aktiv kontaktda olduğu bir dönəmlə bağlıdır:

"Bunun özü də müsbət bir haldır. Vardanyanların nə deməsindən və etməyə cəhd etməsindən asılı olmayaraq onlar heç nəyə nail olmayacaqlar. Bu prosesin bölgədə sülh və etimada böyük töhfəsi var və sevindirici haldır ki, bu prosesdə Azərbaycanın vətəndaş cəmiyyəti fəal rol oynayır. Bu kadrları dünyaya yaxşı -yaxşı nümayiş etdirmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31