"Azərbaycan suverən hüquqlarını tətbiq edir"- ÖZƏL

"Şuşa-Xankəndi yolunda aksiyanın 8-ci günüdür. İştirakçıların bir tələbi var. Tələb ondan ibarətdir ki, Rusiya sülhməramlılarının  Azərbaycan dövlət qurumlarının nümayəndələri ilə apardığı danışıqlara uyğun olaraq 3-7 dekabr tarixində onların Ağdərə ərazisindəki "Qızılbulaq" və "Dəmirli"  faydalı qazıntılar yataqlarında monitorinq aparılmasına şərait yaradılması idi.  Rusiya sülhməramlılarının komandanı ilə aparılan danışıqlar nəticəsində razılıq əldə edilmişdi ki, ərazilərdə Azərbaycan tərəfinin monitorinq aparmasına şərait yaradılmalıdır".

Bu sözləri Olaylar.az-a politoloq Oqtay Qasımov deyib.

"Ancaq, məlum oldu ki, dövlət nümayəndələrimiz həmin ərazilərə gedərkən onları müşaiyət edən sülhməramlılar nə təhlükəsizliyi təmin ediblər, nə də monitorinq üçün şərait yaradıblar. Buna görə də aksiyaçılar Volkovla görüşüb, nümayəndələrin əraziyə buraxılmasını təmin etmək istəyir.

Ermənilər isə hərbi terror törətməklə yanaşı, işğal altında saxladıqları, sülhməramlıların nəzarəti altında olan ərazilərdə faydalı qazıntıları talayıb, terror aktı törədirlər. Azərbaycan da təbii ki, öz suverən hüququndan istifadə edərək, terrora qarşı çıxır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31