Azərbaycan beynəlxalq ədalətsizliklə üz-üzə qalıb - ÖZƏL
19 Dekabr 2022 11:07 Siyasət"Azərbaycan növbəti dəfə beynəlxalq ədalətsizliklə üz-üzə gəlib. Bu gün yenə də Azərbaycan Respublikasının suveren ərazisi olan və müvəqqəti olaraq Rusiya sülhməramlı qüvvələrinin yerləşdiyi Laçın yolu ətrafında cərəyan edən hadisələrin mahiyyəti təhrif olunmuş formada dünya ictimaiyyətinə təqdim edilməsinə cəhd göstərilir və bəzi dövlətlər özlərinin Xarici İşlər Nazirlikləri səviyyəsində əsassız və qərəzli bəyanatlar səsləndirməklə ölkəmizə təzyiq göstərməyə çalışırlar".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri YAP fəalı Xəyal Məmmədəliyev səsləndirib. Onun sözlərinə görə, halbuki, məsələnin əsli bundan ibarətdir ki, Ermənistan 30 il davam edən işğal dövrü ərzində Azərbaycana qarşı həyata keçirdiyi hərbi və ekoloji cinayətlərini bu gün də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərimizdə davam etdirir və Azərbaycan ictimaiyyəti buna haqlı etirazlarını bildirir..
Qeyd edək ki, bu ilin dekabr ayının 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı monitorinq keçirmələri ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparılıb. Bu məqsədlə bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılıb. Monitorinqin aparılmasına dair razılıq əldə olunsa da dekabrın 10-da Azərbaycan nümayəndələrinin sözügedən ərazilərə səfərinə maneçilik törədilib