İrəvan xarici qüvvələrin əlində alət olmaqdan zövq alır - ÖZƏL
19 Dekabr 2022 11:04 Siyasət"Rəsmi İrəvan hər zaman olduğu kimi, öz prinsipsizliyi ilə yenə də xarici qüvvələrin əlində bir alət olmaqdan zövq alır. Faktiki olaraq Ermənistan hökuməti 2020-ci ildə imzalanmış 10 noyabr tarixli üçtərəfli Bəyanatın ən vacib bəndlərini kobud şəkildə pozur".
Bu fikirləri "OLAYLAR"-a Yeni Azərbaycan Partiyasının fəalı Xəyal Məmmədəliyev səsləndirib. O bildirib ki, erməni silahlı qüvvələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmaması Bəyanatın 4-cü bəndinin, Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunması 6-cı bəndin, bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törətməklə 9-cu bəndin şərtlərinin pozulması deməkdir:
"Digər tərəfdən isə, rəsmi İrəvan Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlərlə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyini göstərir ki, bu da Paşinyanın Praqa və Soçi görüşlərinin nəticəsi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə növbəti dəfə qəbul etdiyi öhdəliklərə tamamilə ziddir".