“Siyasi partiyalar haqqında” yeni qanunda hansı dəyişikliklər edilib? - ÖZƏL

Milli Məclis tərəfindən "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi təsdiqini tapıb. Lakin qanunun Konstitusiyaya uyğunluğu və onun icrası ilə əlaqədar yarana biləcək çətinliklərlə bağlı bir sıra dəyişikliklər edilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən "Olaylar"a bildirilib ki, dəyişikliklərə əsasən, siyasi partiya orqanlarının anlayışı verilən 1.1.4-cü maddədə və 12 - 17-ci maddələrdə "icra orqanı" ifadəsi "qurultaylararası kollegial idarəetmə orqanı"  ifadəsi ilə əvəz edilib. Habelə, reyestrdə siyasi partiyalara ianə verən şəxslər və digər hallarda onların fərdi identifikasiya nömrəsinin tələb olunması ilə bağlı narahatçılığa dair məsələ də araşdırılıb və bununla əlaqədar olaraq qanunun 5.3, 20.10 və 23.2.7-ci maddələrindən bu tələb çıxarılıb. Həmçinin sənədə qanunvericilik texnikası və digər qanunlarla uyğunlaşdırma ilə bağlı da düzəlişlər edilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31