Misir şirkətləri Qarabağın yenidən qurulmasında iştirak etmək istəyirlər - ÖZƏL

Misir şirkətləri Qarabağın inkişafında, yenidən qurulmasında öz töhfələrini vermək niyyətindədirlər. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirov verib. Cəmiyyət sədri bildirib ki, bu məqsədlə Misir iş adamlarıAzərbaycana müraciət ediblər:

"Bu haqda məlumat Misirin Azərbaycanda olan həm keçmiş, həm də indiki səfirinin verdiyi müsahibələrdə də açıq-aşkar qeyd edilir." 

Seymur Nəsirov onu da diqqətə çatdırıb ki, Misirin ən böyük tikinti şirkətləri də Qarabağın yenidən qurulmasında öz töhfələrini verməkdə maraqlıdırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31