Ermənistanla aparılan danışıqların heç bir mənası yoxdur - Politoloq
10 Noyabr 2022 16:17 Siyasət"Ermənistan baş naziri Nikol Paşinyan qeyd edir ki, Azərbaycan hərbiçiləri Ermənistan ərazisindən çıxmalıdır, ermənilərin yaşadığı ərazidə demilitarizasiya xətti yaradılmalıdır. Bir daha dəhliz verilməyəcəyini qeyd edir". Bunu "Olaylar"a deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu çıxışla Vaşinqtonda aparılan danışıqlar prosesinin üstündən xətt çəkdi: "Ermənistanla aparılan danışıqların heç bir mənası yoxdur. Ermənistan rəhbərliyi siyasi iradə göstərməyə qadir deyil. Növbəti hərbi əməliyyatlara başlayib, danışıqlar üçün yeni şərtlər əldə etməyi planlaşdırırlar. Ona görə də Ermənistan hakimiyyəti ilə danışıqların heç bir mənası yoxdur. Qarabağda silahli erməni birləşmələrinə qarşı hərbi əməliyyatlara başlanması labüddür".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31