“Dəmir Yumruq” hesabına tarixi missiyamızı yerinə yetirdiyimiz həqiqətdir - ÖZƏL
10 Noyabr 2022 15:57 Siyasət"Prezident İlham Əliyevin çıxışlarında həmişə bir məqam qabarıq hiss olunur - dövlət başçısı, xalqın birliyini, Silahlı Qüvvələrimizin xidmətlərini xüsusi vurğulayır, bu mövzuda qədirşünaslıqla danışır". "Olaylar" xəbər verir ki, bunu deyn millətvəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın sözlərinə görə, çox şadıq ki, Ordu mənsublarımız, yaralı qazilərimiz, şəhid ailələrimiz, aydınlarımız, dəyərli vətəndaşlarımız, Dünya azərbaycanlıları da öz müstəqil dövlətlərinin başçısı haqqında eyni şövqlə, məhəbbətlə söz açır: "Bax, bu səmimi, xəlqi duyğu-düşüncələr xalqımızın bir yumruq kimi birləşməsinin təntənəsidir. Bu birlik olmasaydı, tarixi Zəfər də çətin olardı. Dillərdə dastan "Dəmir Yumruq" deyimi yalnız gücü, qüdrəti deyil, birliyimizi və ədalətin təntənəsini də ifadə edir. Məhz "Dəmir Yumruq" hesabına tarixi missiyasımızı uğurla yerinə yetirdiyimiz bilinən həqiqətdir".