Sistemli şəkildə səhv etdiklərinin fərqinə varan müxalifət siyasi hakimiyyətin uğurlarını etiraf etmək yoluna qədəm qoydu - ÖZƏL

"Sistemli şəkildə səhv etdiklərinin fərqinə varan müxalifət 2003-cü ildən başlayaraq formalaşan yeni siyasi mədəniyyət mərhələsində öz fəaliyyətlərini dəyişdirməyə başladı və siyasi hakimiyyətin uğurlarını etiraf etmək yoluna qədəm qoydu". Bu fikirləri "OLAYLAR"-a hüquqşünas Əli İbrahimov səsləndirib. Onun sözlərinə görə, aparılan müşahidələr göstərir ki, Azərbaycanda demokratik siyasi mədəniyyətin formalaşmasının 3-cü mərhələsi 2005-ci ildən başlanmışdır: "Məhz bu tarixdən etibarən Azərbaycan cəmiyyətində siyasi mübarizənin və siyasi münasibətlərin keyfiyyətcə yeni cəhətini müşahidə etmək olur. Əhalinin populizmə meyilli təbəqəsinin kəmiyyətcə azalması, siyasi sistemlə münasibətdə müxalifətin reallığı qiymətləndirmə cəhdlərinin artması, həmçinin, daha dinc mübarizə və mədəni mübarizə üsullarına yer ayırması, bütün bunlarla yanaşı, ölkədə siyasi məhbus probleminin aradan qaldırılması bu dövrün əsas cəhətlərindəndir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31