Yeni qanun dövlət-özəl tərəfdaşlığına hansı töhvələr verəcək? - ÖZƏL

Milli Məclisdə  "Dövlət Özəl Tərəfdaşlığı" haqqında Qanun layihəsi birinci oxunuşda qəbul olunub. "Olaylar" xəbər verir ki, sözügedən qanun dövlət-özəl tərəfdaşlığı sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarının müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının ərazisində dövlət xidmətlərinin göstərilməsi, eləcə də həmin xidmətlərin göstərilməsi üçün infrastrukturun yaradılması və idarə edilməsi ilə bağlı  dövlət-özəl tərəfdaşlığı layihələrinin icrasında dövlət, səlahiyyətli orqan, dövlət tərəfdaşı və özəl tərəfdaş, habelə iddiaçı arasında yaranan münasibətləri tənzimləyir. Millət vəkili Vüqar Bayramov qeyd edib ki,  "dövlət-özəl tərəfdaşlığı haqqında" yeni qanunda tərəfdaşlıqla bağlı müqavilənin imzalanması üçün müddət təqribən 270 gündür. Yəni, bütün mərhələləri keçərək müqavilənin bağlanması 1 ilə yaxın zaman alacaq. Bu uzun müddətdir və səmərəllik prinsipləri gözlənilməklə bu zamana yenidən baxılmalı, azaldılmasını vacib hesab edirik: "Qanun layihəsində səlayhətli orqan tərəfindən müəyyənləşdirilən qaydalarin müəyyənləşdirilməsi mexanizmlərinin əks olunması məqsədəuyğun olardı. Həmçinin birbaşa müqavilələrin bağlanması ilə əlaqədar proseduraların təkmilləşdirilməsi şəffaflıq və hesabatlılıq baxımdan vacibdir.Bütövlükdə, qanun layihəsi özəl sektorun inkişafı baxımdan çox vacibdir. Bu qanun layihəsinin qəbulu özəl sektorun infrastruktur layihələrində iştirakına xüsusi töhvə verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31