Azadlıq Hərəkatçıları Birliyinin B Ə Y A N A T I
10 Noyabr 2022 11:13 Siyasət
Azadlıq Hərəkatçıları Birliyi
Fransa və İran hakimiyyət dairələrinin
Azərbaycana qarşı destruktiv fəaliyyəti ilə bağlı bəyanat yayıb.
ilə bağlıTarixin ən dərin qatlarından bu günə kimi hazırda yaşadığı ərazilərdə qüdrətli dövlətlər qurmuş, dünyaya böyük mədəniyyətlər, qüdrətli şəxsiyyətlər bəxş etmiş, türksoylu xalqlar sırasında humanizmi və ədalətli mövqeyi ilə xüsusi seçilən Azərbaycan xalqına qarşı müstəqilliyini əldə etdiyi 30 il ərzində bəzi dünya dövlətlərinin sərgilədiyi mövqe Azərbaycan cəmiyyətində haqlı narazılıqlar yaratmış və nəticədə xalqın beynəlxalq ədalətə, haqqa və hüquqa inam hissi azalmışdır. 2020-ci ilin payızında 28 illik işğala dözməyəm xalqın kükrəyən etiraz hissi, nəhayət, öz gücü ilə ədaləti bərpa etməsi ilə nəticələndi. Azərbaycan xalqının bu tarixi zəfəri dünyanın əksər dövlətləri, xalqları, eləcə də beynəlxalq təşkilatlar tərəfindən haqqın və ədalətin bərpası kimi qəbul edildi. Bununla yanaşı, təəssüflə qeyd edirik ki, bəzi dövlətlər və onları idarə edən siyasilər, əslində təkcə Azərbaycanın haqlı qələbəsinə deyil, ədalətli dünya dövlətlərinin və beynəlxalq qurumların da əleyhinə çıxaraq işğalçı ölkənin mənafelərini müdafiə etməkdə israrlıdırlar. Bu sırada Fransanın və qonşu İran "İslam" Respublikasının son zamanlar sərgilədikləri mövqe labirintləşmiş indiki dünya düzəninə daha bir düyün vurmaq istəyinin bariz nümunəsidir. Əslində ötən əsrin əvvəllərində Səttar xan və Xiyabani kimi türk liderlərin başçılığı ilə yaranan demokratik hərəkatlara qarşı çıxaraq onun iflasa uğramasına dəstək verərək tarixi türk torpaqlarında fars-monarxiya rejimi yaradan, bununla da böyük türk dünyasını ikiyə bölməyə nail olan bəzi qərb dövlətlərinin "Ermənistan" layihəsi də bu anti-türk siyasətinin tərkib hissəsi kimi qəbul edilir.1979-cu ildə məhz Fransanın bəslədiyi Xomeyni kimi guya dini lider hesab edilən islam düşməninin əli ilə şah-monarxiya rejiminin devrilməsi və ondan daha mürtəce fars-molla rejiminin yaradılması da həmin anti-türk siyasətin davamı hesab edilməlidir. Məhz Xomeyni və onun davamçılarının əli ilə həm türk xalqlarının sərhəd birliyinin pozulmasına, həm də islam dininin mürtəce dini dəyər kimi dünyada gözdən düşməsinə hesablanmış bu siyasət artıq son zamanlar özünün pik nöqtəsinə çatmaqdadır. Bütün dünyanın gözləri qarşısında haqlını deyil, haqsızı açıq-aşkar müdafiə etmək sivil dünyanın hədsiz ehtiyac duyduğu haqqa və ədalətə birbaşa meydan oxumaqdır ki, bu da, onsuz da kövrək olan indiki dünyamızı yeni problemlərlə üz-üzə qoyur. Bu gün işğalçı Ermənistanın istək və arzularını müdafiə etməyə yönəlik istənilən addım dünyamızı, o cümlədən regionu yeni təhlükələrə və fəlakətlərə sürükləyir.
Dünyanın müxtəlif bölgələrində saysız-hesabsız günahsız insanların qətliamının müəllifi olan, zəif xalqları hər zaman özünə tabe etdirməklə onların ölkələrinin yeraltı və yerüstü sərvətlərini talayaraq imperiyanın büdcəsini dolduran Fransa kimi bir ölkənin bu gün bütün beynəlxalq hüquqa hayqıran siyasət sərgiləməsi, əslində elə də təəccüb doğurmur. Təəccüb doğuran belə riyakar siyasəti ilə məşhur olan bir ölkənin hələ də dünyanın taleyini həll etməli olan BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq qalmasıdır. Ermənistan tərəfindən olmazın dağıntılara, ekoloji terrora məruz qalan Azərbaycan torpaqlarının yenidən dirçəldilməsinə dəstək vermək əvəzinə erməni lobbisinin oyuncağına çevrilmiş İ.Makronun başçılıq etdiyi ölkənin Marsell bölgəsində yaşayan 100 minlərlə erməniyə heç bir status tanınmadığı halda, Azərbaycanda yaşayan beş-on min erməniyə status verilməsini xarici siyasətinin prioritetinə çevirməsi, bu ölkənin pərdəarxası niyyətinin nədən ibarət olduğunu gün kimi açıb göstərir.
Eyni zamanda, məhz Fransanın "dirijor çubuğu" ilə idarə olunan, özünü islam dünyasının dayağı(?) kimi göstərməyə çalışan İran fars-molla rejiminin aşırı erməni sevgisinin hardan qaynaqladığı da məlumdur. Yüz minlərlə müsəlman məzarını dağıdan, yüzlərlə müqəddəs islam ibadətgahlarını, o cümlədən məscidləri yerlə yeksan edən, dağıdılmayan məscidlərdə isə donuz saxlayan iblis xislətli insan toplusuna bu qədər sevgi nümayişi bir müsəlman ölkəsi üçün ayıbdır. Hətta erməni sevgisi o qədər kükrəmiş ki, Azərbaycan sərhədlərində hərbi təlimlər keçirməkdən, Azərbaycana hədyanlar söyləməkdən belə çəkinməyən fars-molla rejiminin də firənglərdən qaynaqlanan siyasi dəsti-xəttini görməmək mümkün deyil. Böyük bir ölkənin on milyonlarla əhalisinin etiraz etdiyi bu siyasətdən geri çəiklməyən molla üsul-idarəsi, bu ölkədə yaşayan 50 milyona yaxın türk əsilli vətəndaşlarının, o cümlədən 40 milyondan çox Azərbaycan türkünün etirazlarına nənki məhəl qoymur,hətta etirazçılara ən ağır işgəncələr verməkdən, qətliamlara rəvac verməkdən belə çəkinmir. Fars-molla rejimi, əslində bu siyasəti ilə özünə məzar qazmaqda davam edir. Tarix boyu türklərin rəhbərliyi altında yaşayan, türklərin qurduqları qüdrətli imperiyaların varisi olan, indi İran adlanan bu torpaqlarda türkün yenidən kükrəməsinin qarşısını almaq üçün atılan qeyri-insani addımlara BMT TŞ-nin üzvü olan Fransanın susmasının səbəbi isə, məhz yuxarıda sadaladığımız amillərlə birbaşa bağlıdır.
Biz, bütün mənalı ömrünü Azərbaycan xalqının azadlığı, haqq-ədalət carçısı olan türk dünyasının sülh və bəşəriyyəti xilas naminə birləşməsi uğrunda mübarizəyə həsr etmiş insanların təşkilatı olan Azadlıq Hərakatçıları İctimai Birliyi yuxarıda qeyd olunan və hər kəsə məlum olan digər ürəkağrıdan amilləri nəzərə alaraq
BƏYAN EDİR!
1. İndiki Fransa hakimiyyətinin apardığı yanlış anti-Azərbaycan siyasətə son qoyulmalıdır. Başda İ.Makron olmaqla Fransa hakimiyyərtinin siyasətində korrektələr edilməli, fransız xalqının da mənafelərinə zərərli siyasi xəttin davam etdirilməsindən imtina edilməli, Fransanın gələcəyə daha obyektiv baxışla yanaşan Fransa siyasi xadimləri bu yanlış siyasətə son verilməsi üçün hərəkətə keçməlidir.
2. İran "İslam" Respublikasının fars-molla rejimi Azərbaycan Respublikasına və türk birliyinə qarşı sərgilədiyi anti-türk və anti-islam mövqeyini kökündən dəyişməli, səhvlərini etiraf etməli, həm İranda, həm də İrandan xaricdə yaşayan müsəlmanlardan, o cümlədən türksoylu xalqlardan üzr istəməli, İranda yaşayan türk əsilli xalqlara, o cümlədən Azərbaycan türklərinə qarşı repressiyaları təcili dayandırmalıdır.
3. Bütün bunlar baş vermədiyi təqdirdə Azərbaycan xalqı Fransada istehsal və tədarük edilən hər növ məhsulların alınmasından, bu ölkəyə səfərlərdən imtina etməli, İran adlanan qədim türk torpaqlarında fars-molla rejiminin əsirliyindən xilas olmaq istəyən müxtəlif etnik mənsubiyyəli xalqların haqlı savaşına dəstək verilməli, onların səslərinin beynəlxalq aləmdə, BMT və digər beynəlxalq təşkilatlarda eşidilməsi üçün bütün vasitələrdən istifadə olunmalı, Azərbaycan Respublikasının rəsmi dövlət və hakimiyyət strukturları beynəlxalq hüquqa əsaslanaraq Cənubi Azərbaycan xalqının haqlı mübarizəsinə dəstək verdiyini rəsmən bəyan etməli, indiki siyasi rəhbərliklərin hakimiyyətdə qaldıqları müddətcə hər iki ölkə ilə bütün diplomatik, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin dondurulması məsələsinə yenidən baxılmalıdır.
Bəyanat Azadlıq Hərəkatçıları İctimai
Birliyi İdarə Heyətinin 10 noyabr2022-
ci il tarixli toplantısında qəbul edilmişdir.
Bəyanatın yayımına məsul Azadlıq Hərəkatçıları
İctimai Birliyinin sədri Təhmasib Novruzov.
10 noyabr 2022-ci il.