Bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur yeridir - ÖZƏL

"Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tamam Cəfərovanın sözlərinə görə,  Bayraq milli identikliyin təzahür formalarından biridir: "Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə nəticəsində işğaldan azad edilən torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Artıq, iki ildir ki, üçrəngli bayrağımız işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda dalğalanır. Bu, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün fəxr və qürur mənbəyidir. Bayrağımız qalib dövlətin bayrağı olaraq qürurla dalğalanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31