İstanbul Baş konsulluğu Zəfər günü münasibətilə Beynəlxalq Uşaq rəsm sərgisi təşkil edib - FOTO

Azərbaycanın İstanbul Baş konsulluğu 8 noyabr Zəfər günü münasibətilə İstanbul Dəniz muzeyində "Qarabağ Azərbaycandır! "Mövzulu Beynəlxalq Uşaq rəsm sərgisi təşkil etdi.
Sərgini giriş sözü ilə Azərbaycanın İstanbul Baş konsulu Nərminə Mustafayeva açdı. O ikinci Qarabağ müharibəsində Azərbaycan Prezidenti , Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvətlərinin ,zabit əskər heyətinin mətanətli qəhrəmalığıdan ,eləcədə qardaş Türkiyənin dəsdəyi ilə 44 gündə əldə olunan Zəfər günündən bəhs etdi. Şəhidlərin əziz xatirəsi yad edildi. 
Baş konsul daha sonra sözü Sərginin təşkilatçısı və kuratoru, Azərbaycan Əməkdar incəsənət xadimi , Professor Rafiq Əzizə verdi. Rafiq Əziz 1992 ci ildən günümüzə kimi bu sərginin yaranması tarixindən , bu günündən ətraflı danışdı. 
Sonra Azərbaycan Millət vəkili , akademik Əhliman Əmiraslanova söz verildi. O 44 günlük müharibədəki Qələbədən, günümüzdəki belə tarixi günə həsr olunmuş uşaq rəsm sərgisinin əhəmiyyətindən danışdı. Sərgi təşkilatçılarına öz təşəkkürünü bildirdi. O ,bu sərgini mütləq Şuşada acılması təklifini etdi .
Sərgidə Azərbaycanlı və Türk uşaqlarının 1992 ci ildən günümüzə kimi birinci Qarabağ müharibəsi, Xocalı  faciəsi, 20 yanvar hadisələri, eləcədə ikinci Qarabağ Müharibəsindəki Zəfər Gününə həsr olunmüş yüzdən artıq uşaq rəsm əsəri nümayiş olundu.
Sərgidə eləcədə Azərbaycan millət vəlilləri Ağalar Vəliyev, Anar Məmmədov , Digər rəsmi şəxslər, hörmətli qonaqlar iştirak etdi. 
Sərgidə Beş yaşlı Nərgiz Saleh qızı Bağırovanın , "Mən Zəfərin Qızıyam "adlı əsəri günün anısına Azərbaycan İstanbul Başkonsulluğuna hədiyyə edildi.

8 Noyabr Azərbaycan Zəfər günü münasibətilə ,Azərbaycan İstanbul Baş Konsulluğu tərəfindən İstanbul Dəniz Muzeyində təşkil olunan "Qarabağ Azərbaycandır!" Beynəlxalq uşaq rəsm sərgisin təşkilində əməyi olan:

-Azərbaycan Rəssamlar İttifaqı, H.Z. Tağıyev adına Xalq İncəsənət Universitetinin xətti ilə 1990-1992 ci illərdə çəkilən uşaq rəsm əsərlərinin müəlliflərinə, 

-Azərbaycan Elm və Təhsil Nazirliyi 1 nömrəli Uşaq -Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi şəxs direktoru Kəmalə Xanım Abdullayeva, həmin mərkəzin əməkdaşı İntiqam Babayevə, onun rəhbərliyində mərkəzin nəzdində fəaliyyət göstərən təsviri incəsənət dərnəkləri şagirdlərinə, 

- Bakı Avropa Liseyi direktoru Zülfiyyə Xanım Veysovaya , məktəbin şagirdlərinə,

- KAM ART İncəsənət Qalereyası direktoru Kəmalə Xanım Cəfərzadə və qalereyanın şagirdlərinə,

- Türkiye Alibey Kudar Etnoqrafya Galerisi, Esma Kudar rəhbərliyində onun öğrencilerine , 

-Sərginin ən kiçik iştirakçısı , 5 yaşlı Nərgiz Saleh qızı Bağırovaya, 

bu sərginin təşkilindəki xidmət və iştiraklarına görə Sərgi Təşkilat komitəsi adından hər birinizə dərin təşəkkürümüzü bildirir, gələcək yaradıcılıq işlərinizdə hər birinizə daim uğurlar arzu edirik.

Sərgi iştirakçıları və əməyi keçən bütün rəhbər və müəllimlərə Azərbaycan İstanbul Baş Konsulluğu tərəfindən Təşəkkür Bəlgəsi veriləcəkdir. 

8 Noyabr ZƏFƏR Gününüz mübarək olsun!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31