Pakistanın “Minar-e-Pakistan” abidəsi Azərbaycan bayrağı ilə işıqlandırılıb - FOTO
8 Noyabr 2022 14:15 SiyasətPakistanın ən böyük qülləsi olan "Minar-e-Pakistan" abidəsi Zəfər Gününün ildönümü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. "Minar-e-Pakistan"ın ölkəmizin bayrağı ilə işıqlandırılması şəhər sakinlərində və qonaqlarda böyük maraq doğurub.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, "Minar-e-Pakistan" Pakistanın yaradılması barədə olan Lahor qətnaməsinin xatirəsinə inşa olunub və milli əhəmiyyətə malik abidədir.
Qeyd olunmalıdır ki, sözügedən abidə Pakistan tarixində ilk dəfə olaraq xarici ölkənin bayraq rəngləri ilə işıqlandırılıb.





Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31