Zəfər Günü münasibətilə hərbi qulluqçuların yürüşləri təşkil olunub - FOTO + VİDEO

8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.

Olaylar.az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Yürüşlərdə hərbi orkestrlərin ifasında hərbi vətənpərvərlik mahnıları, eləcə də marşlar səsləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31