"Təkcə ərazilərimizi deyil, milli qürurumuzun yüksəlişini bərpa etdik, qalibiyyət bayrağımızi qaldırdıq" - ÖZƏL
8 Noyabr 2022 10:28 SiyasətOlaylar.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə bildirib.
O qeyd edib ki:
"Bu gün Zəfər günüdür. Milli ruhumuzun təntənəsi günüdür. Ermənistan üzərində hərbi -siyasi, psixoloji qələbəmizin ikili tamam oldu. Ermənilər üzərində 30 illik acı məğlubiyyətin qisasını aldığımizin bayramıdır. Bizim üçün 8 noyabr Zəfər günü bütün bayramlardan ən əziz olan bayramdi. Çünki, biz qalib gəlmişik, təkcə ərazilərimizi qaytarmadıq, milli qürurumuzun yüksəlişini bərpa etdik, məğlubiyyət sindiromunu məhv etdik və qalibiyyət bayrağımızi qaldırdıq. Ermənistan ordusunu diz çökdürdük. Ermənilərin qalib xalq eyforyasına son qoyaraq onları sındırdıq. Bu gün Bayramdır.
Bayramınız mübarək!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31