Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb - FOTO + VİDEO (ƏLAVƏ OLUNUB)

8 Noyabr - Zəfər Günü münasibətilə paytaxtın müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri keçirilir.

Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra isə hərbçilərin üç marşrut üzrə yürüşlərinə start verilib.

Qeyd edək ki, hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin marşrutlar üzrə yürüşləri Heydər Əliyev Sarayı, Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı; Şəhidlər xiyabanı, "Alov qüllələri" kompleksi, "İçərişəhər" metrosu, İstiqlaliyyət küçəsi, "Azneft" dairəsi, Bəhram Gur heykəli, Hüseyn Cavid parkı, Hüseyn Cavid prospekti, Parlament prospekti, Şəhidlər xiyabanı istiqamətləri üzrə keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31