Ceyhun Bayramov Mirzoyana xəbərdarlıq etdi
8 Noyabr 2022 09:55 SiyasətAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov erməni həmkarı Ararat Mirzoyanı sülh prosesini pozacaq hərəkətlərdən çəkinməyə çağırıb.
Bu barədə XİN rəhbəri çərşənbə axşamı özünün "Twitter" səhifəsində yazıb.
"ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüş keçirilib. Mən bir daha Azərbaycanın Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə bağlanmasına sadiqliyini və hazır olduğunu təsdiqlədim və bu prosesi pozacaq hərəkətlərdən çəkinməyə çağırdım", - deyə XİN rəhbəri bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31