Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik etdi
8 Noyabr 2022 09:54 SiyasətTürkiyənin Azərbaycandakı səfirliyi Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibəti ilə təbrik edib.
Bu barədə səfirliyin Tvitter səhifəsindəki paylaşımda deyilir:
"Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olunmuş 8 Noyabr - Zəfər Gününün ikinci ildönümü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, bu möhtəşəm zəfərin qazanılmasında canlarını fəda etmiş şəhidləri hörmətlə yad edir, qazilərimizə şəfa diləyirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31