Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Noyabrın 6-sı saat 19:35-dən 21:50-dək fasilələrlə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə Olaylar.az-a Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31