İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdi- Milli Vəhdət Partiyası bəyanat yaydı
6 Noyabr 2022 09:58 Siyasət"Azərbaycan 8 noyabr Zəfər gününün ikinci ildönümü ərəfəsindədir. Azərbaycan xalqı 2 ildir ki tarixinin ən qürurlu şərəfli günlərini aylarını yaşayır. 2 ildir ki Azərbaycan xalqı tarixinin ən parlaq səhifəsini yazır." Bu fikirlər Milli Vəhdət Partiyasının bəyanatındandır. Bəyanatda daha sonra deyilir:
"27 sentyabr 2020-ci il Azərbaycan torpaqlarının 30 illik işğalının sonunun başlanğıcı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə qəhrəman əsgər və zabitlərimiz növbəti erməni təxribatının qarşısını almaq üçün ayağa qalxdı və Azərbaycan xalqının dəstəyi, Prezident İlham Əliyevin sərkərdəliyi altında 30 illik işğala son qoyaraq, ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı öz gücünə BMT-nin qəbul etdiyi, lakin 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış qətnamələrini icra etdi. Ali Baş Komandan İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdi.
44n günlük Vətən müharibəsi xalq-iqtidar birliyinin təntənəsi oldu, ölkəmizin gücünü, qüdrətini düşmənə və onun havadarlarına nümayiş etdirdi.
Artıq iki ildir ki Azərbaycan Prezidenti İlham Əliyev azad edilmiş rayonlara səfərlər edir strateji infrastruktur obyektlərinin açılışını edir. Hazırda o bölgələrdə yeni- yeni obyektlərin təməli qoyulur. Füzuli hava limanı artıq fəaliyyətdədir, Şuşaya gedən Zəfər yolu tamamlanıb. Ağdam və Cəbrayıl şəhərlərinin bərpasına başlanılıb, Zəngilan hava limanı istifadəyə verilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş ərazilərə səfərləri isə xüsusi önəm daşıyır və Azərbaycanı istəməyən qüvvələrə ciddi mesajdır.
Düşmənlərimiz acı məğlubiyyətlərini həzm edə bilmir, yenə təxribatlar törədirlər.Amma Azərbaycan xalqı əmindir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu təxribat cəhdlərinin də qarşısı alnacaq. "