"Məqsəd sülh müqaviləsinin bağlanmasının qarşısını almaqdır" - ÖZƏL

Olaylar.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə qeyd edib:

O həmçinin bildirib ki:

"Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi ərazilərdə silahlı erməni birləşmələrinin hərbi lojistikası həyata keçirilir. Birbaşa Rusiya hərbçiləri buradakı silahlı erməni birləşmələrini silahlandırir. Azərbaycanın yüksək səviyyədə çəkdiyi yolla ermənilər silahlanir. 

Azərbaycan qısa bir vaxtda Qarabağda hərbi əməliyyatlar keçirə bilər. Vaxtı uzatmaq olmaz. Ermənilər ciddi silahlanir. Bu silahlanmanı Rusiya həyata keçirir. Məqsəd Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının qarşısını almaqdır. Qarabağda silahli erməni birləşmələrinə qarşı hərbi əməliyyatlar mütləqdir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31