Bir sıra dövlət qurumları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar- ÖZƏL

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar bir sıra dövlət qurumları gücləndirilmiş iş rejimində çalışacaqlar. "Olaylar" xəbər verir ki, artıq Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov bayram günlərilə bağlı əmr imzalayıb. Əmrə əsasən, vətəndaşların həyat və fəaliyyəti, habelə bayram tədbirləri ilə əlaqədar aidiyyəti üzrə təhlükəsizliyin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına artıq müvafiq tapşırıqlar verilib.

Əldə etdiyimiz məlumata görə, bayram günlərində hüquq-mühafizə orqanları da gücləndirilmiş iş rejimində çalışacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31