Deputatımız Zəfər Gününə həsr olunan tədbirə qatılacaq
5 Noyabr 2022 13:29 SiyasətMilli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Zəfər Gününə həsr olunan tədbirlərdə iştirak etmək üçün noyabrın 7-də Moldovanın paytaxtı Kişineu şəhərinə səfər edəcək. Olaylar xəbər verir ki, səfər çərçivəsində Əli Hüseynli Moldova parlamentində olacaq və Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan tədbirlərə qatılacaq.
Səfər noyabrın 9-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31