Ermənistan sülh haqqında düşünmür - Deputat

"Sülh prosesi üçün Azərbaycan tərəfi Ermənistana lazımi addımı atıb. Amma Ermənistan tərəfindən bu addımları görmürük"."Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azay Quliyev bildirib: "Elə paytaxt yoxdur ki, Azərbaycan əleyhinə Ermənistan tərəfindən təbliğatlar aparılmasın. Ermənistan tərəfindən atılan bu addımlar göstərir ki, onlar sülh müqaviləsi haqqında düşünmək istəmirlər. Əgər sülh müaviləsi prosesi pozularsa, bunun məsuliyyəti Ermənistanın üzərində qalacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31