Büdcənin sosialyönümlü xərcləri 5 ildən sonra artıb - ÖZƏL

Son beş ildə dövlət büdcənin sosialyönümlü xərcləri iki dəfədir ki, artır. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Bildirib ki, bu da Azərbaycan vətəndaşlarının sosial rifahının daim diqqətdə saxlanıldığını bir daha göstərir: "2023-cü ilin dövlət büdcəsi post-müharibə və post-pandemiya dövründə qarşıya qoyulan məsələlərin həllinə yönəlik maliyyələşmə mexanizmlərini və imkanlarını özündə əks etdirir. Büdcə layihəsi əvvəlki illərdə olduğu kimi, sosialyönümlüdür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31