“Büdcə zərfi”ndə təqdim edilən sənədlərdə yeniliklər edilib - ÖZƏL
5 Noyabr 2022 13:02 Siyasət"Büdcə zərfi"ndə təqdim edilən sənədlərdə bir sıra yeniliklər tətbiq edilib. "Olaylar" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. Bildirib ki, vergi və gömrük sahəsində tətbiq olunan güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsiri qiymətləndirilib, ilk dəfə olaraq qeyri-neft ÜDM-i müxtəlif ssenarilərlə təqdim edilib və onun fiskal göstəricilərlə əlaqələndirilməsi həyata keçirilib. Eyni zamanda, məlumatların keyfiyyətinin və həcminin yüksəldilməsi istiqamətində də addımlar atılıb: "Büdcə zərfi"ndə Hesablama Palatasının rəylərində qeyd edilmiş bəzi məqamlar, eyni zamanda, layihənin tərtib edilməsi zamanı müzakirələrdə qaldırılan məsələlər də nəzərə alınıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31