İran Azərbaycan əleyhinə addımlar atmağa hazırlaşır - ÖZƏL

"Yaşanan hər şey deməyə əsas verir ki, İran faktiki Azərbaycan əleyhinə addımlar atmağa hazırlaşır. Həm də bu addımlar artıq sözdə qalmayacaq, Tehran söz ilə ifadə etdiklərini əməldə də icra etməyə cəhd göstərəcək".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib.
"Qarşıdakı günlər İrandan Azərbaycana qarşı çox ciddi de-yure və de-fakto təxribatlarla qarşılaşa bilərik. İndi Azərbaycan təhlükəsizlik orqanları daha ayıq-sayıq olmalı, Azərbaycan daxilində İrana simpatiya bəsləyən bütün mərkəzləri nəzarətə almalıdır. İran xarici sferada Azərbaycana heç bir təhlükə törədə bilməz, onlar bu kimi təhlükələri Azərbaycanın daxilində planlaşdırır ki, bu mənfur niyyətləri əvvəlcədən əngəlləmək və İranın Azərbaycana qarşı bütün təsir rıçaqlarını məhv etmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31