“Sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə ehtiyac var” - XİN başçısı
5 Noyabr 2022 10:52 Siyasət"Azərbaycan sülh gündəliyinə sadiqdir. Hesab edirik ki, Praqa və Soçidəki görüşlərdən sonra sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə ehtiyac var".
Olaylar.az bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, üçtərəfli bəyanatın müddəlarına zidd olaraq Ermənistan silahlı birləşmələri hələ də tam olaraq Azərbaycan ərazilərindən çıxarılmayıb: "Eyni zamanda azad olunan ərazilərdə mina təhlükəsi qalmaqdadır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31