“Buna mane olmaq istəyən güclər cavabını alacaq" - Fuat Oktay
4 Noyabr 2022 19:20 SiyasətErmənistan sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycanın təkliflərinə adekvat cavab verməlidir.
Olaylar.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezienti Fuat Oktay deyib.
Onun sözlərinə görə, Azərbaycan torpaqlarının azad olunması ilə Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün şərait yaranıb: "Buna mane olmaq istəyən güclər lazımi cavabını alacaq".
F.Oktay bildirib ki, Türkiyə Azərbaycanın tarixi torpaqlarını azad etməsinin sevincini hər an yaşayır: "Vətən müharibəsinin növbəti ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edir, şəhidlərimizi rəhmətlə anıram".
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31