Hərbçi ailələrinə diqqət yetirmək lazımdır - Komitə sədri

Ermənistan hazırda başqa ölkələrdən, xüsusilə Hindistan və İrandan silah alır. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.Komitə sədri  deyib ki, Ermənistanın aldığı silahlar Azərbaycana qarşı yönəlib: "Bu gün, həmçinin hərbçi ailələrinə də diqqət yetirmək lazımdır. Əgər əvvəl 50 manata kirayə qalırdılarsa, bu gün həmin pul 200 manatdır. Digər tərəfdən müharibə veteranlarının müavinətləri 130 manata qaldırılsa, yaxşı olar. Daha sonra tələbələrin təqaüdlərinə də diqqət yetirmək lazımdır. Tələbə təqaüdləri yaşayış minimumuna uyğunlaşdırımalıdır. Əgər yaxşı alim, hərbçi, həkim yetişdirmək istəyiriksə, dəstəyimizi əvvəlcədən göstərməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31