Zelenski Rusiyanı "enerji terrorizmi" etməkdə ittiham edir

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya qoşunlarının döyüş meydanında istəklərinə nail olmadıqları üçün Kremli "enerji terrorizminə" əl atmaqda ittiham edib.

Olaylar.az xəbər verir ki, Rusiyanın enerji şəbəkəsinə hücumlarından sonra 4,5 milyon insan elektriksiz qalıb.

Son həftələr Rusiya Ukraynanın energetika obyektlərinə irimiqyaslı raket və dron hücumları həyata keçirib.

Döyüş meydanında bir sıra ağrılı məğlubiyyətlərdən sonra Rusiya son həftələrdə cəbhə xəttindən uzaqda yerləşən şəhərlərdə elektrik infrastrukturuna hücumları artırıb.

Prezident Zelenskinin sözlərinə görə, son bir ayda ölkədəki elektrik stansiyalarının üçdə birinin məhv edildiyi bildirilir.

Ukrayna hökuməti əhalini enerjidən qənaətlə istifadə etməyə sövq etməyə məcbur olub.

Onun sözlərinə görə, Rusiyanın enerji infrastrukturunu hədəfə alması "zəifliyin" əlaməti idi, çünki Rusiya qüvvələri cəbhədə çoxlu mövqe əldə edə bilmir.

"Rusiyanın enerji terrorizminə əl atmasının özü düşmənimizin zəifliyini göstərir.

Onlar Ukraynanı döyüş meydanında məğlub edə bilmirlər, ona görə də xalqımızı bu yolla sındırmağa çalışırlar".

Rusiya Müdafiə Nazirliyi Ukraynanın enerji infrastrukturunu hədəf aldığını təsdiqləyib.

Cənab Zelenskinin ittihamı rus qoşunlarının işğal olunmuş Xerson şəhərini tərk etməsi ilə bağlı xəbərlərin ortaya çıxması ilə yanaşı, Rusiya üçün böyük bir geri çəkilməyə işarə edir.

Xerson vilayətində Rusiya tərəfindən təyin olunmuş məmur Kirill Stremousov Rusiya mətbuatına bildirib ki, Moskvanın öz qoşunlarını ərazidən çıxarmaq ehtimalı var.
Və adının açıqlanmasını istəməyən Qərb rəsmisinin sözlərinə görə, rus komandirlərinin əksəriyyəti artıq şəhəri tərk edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31